20 May 2024
Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA

Yağışlı hava bu tarixədək davam edəcək - AÇIQLAMA

17 İyul 2023
Baxış: 478

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:

"İyulun 18-i gündüzədək yağıntıların kəsiləcəyi gözlənilir. İyulun 19 və 20-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".