19 May 2024
Yağış, güclü külək... - Sabahın HAVA PROQNOZU

Yağış, güclü külək... - Sabahın HAVA PROQNOZU

28 Noyabr 2023
Baxış: 393

Azərbaycanda noyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.