17 May 2024
“Ya yeni bir qəhrəman ortaya çıxacaq, ya da hərbi çevriliş olacaq" - Poqosyan

“Ya yeni bir qəhrəman ortaya çıxacaq, ya da hərbi çevriliş olacaq" - Poqosyan

20 Oktyabr 2021
Baxış: 445

“Qəhrəmanı” kürsüyə qaldıran çoxlu insanlar, sonra onu tapdalaya və yıxa bilərlər. Hazırkı hökumət bunu hiss edir, ona görə də özünü xalqdan qoruyaraq gizlənir”.

AJMEDİA.İNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Ermənistanın Səsi”nə açıqlamasında sosioloq Gevorq Poqosyan səsləndirib:

“Hər hansı bir gücün ləyaqətlə gedə biləcəyi an var. Amma Paşinyanın komandası üçün bu an çoxdan itib. Buna görə də, onlar üçün ən pis ssenari qalır. Onlardan biri də, hərbi çevrilişdir. Bir çox ölkələrdə iqtidarın idarəetməni itirdiyini və ölkənin enişə doğru getdiyini görən ordu, hakimiyyəti öz əlinə alır. Buna “generalların gücü” deyilir. İkinci ssenari yeni bir qəhrəmanın, yeni simanın, məsuliyyəti öz üzərinə götürə biləcək və ölkəni Paşinyan rejimindən xilas edəcək qüvvənin ortaya çıxmasıdır”- Poqosyan vurğulayıb.

Erməni sosioloq əlavə edib ki, Paşinyanla ciddi siyasətçilərdən və qüvvələrdən heç kim masaya oturub milli razılaşma qurmayacaq: “Bu artıq rəqiblərimiz üçün də aydın və başa düşüləndir. Bu səbəbdən yorğun və diz çökmüş gücdən mümkün qədər çox şey almağa çalışırlar” -Poqosyan fikirlərini tamamlayıb.(konkret.az)