16 May 2024
Xoşqədəm “Səni axtarıram”ı Doğuşla aparacaq - VİDEO

Xoşqədəm “Səni axtarıram”ı Doğuşla aparacaq - VİDEO

28 Yanvar 2022
Baxış: 1152

Aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişini həyat yoldaşı Doğuşla təqdim edəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, sözügedən verilişdə bildirib:

“Gələn həftədən etibarən Doğuş bəylə birlikdə proqramı aparacağıq. Bilirsiniz ki, Doğuş bəy çətin həyat yaşamış bir insandır. Bu cür insanların dərdini məndən yaxşı anladığı üçün proqrama tam yaraşacaq. Əslində digər kanalda işləyəndə fikrimiz var idi. Amma indi gələn həftədən, ya da beşinci gündən burada olacaq”.