17 May 2024
Xorvatiya Prezidenti Yəhudi və Srebrenitsa soyqırımlarını belə MÜQAYİSƏ ETDİ

Xorvatiya Prezidenti Yəhudi və Srebrenitsa soyqırımlarını belə MÜQAYİSƏ ETDİ

09 Dekabr 2021
Baxış: 547

Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımı ilə bağlı müqayisəsi etirazla qarşılanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Prezidentin açıqlasımasına sərt reaksiya verilib.

Srebrenitsada öldürülənlərin yaxınları Milanoviçə reaksiyalarını məktubla çatdırıblar.

Milanoviç Srebrenitsada baş verənlərin soyqırım olduğunu, lakin tarixdə daha dəhşətli hadisələrin yaşandığını və bu hadisələrə soyqırımdan başqa yeni ad tapılmalı olduğunu bildirib.

2020-ci il seçkilərində Prezident seçilən sosial demokrat Milanoviç Nasist Almaniyası dövründə törədilən yəhudi soyqırımını Srebrenitsa soyqırımı ilə müqayisə edib.

“8 min insanla, 80 min insanın öldüyü soyqırımlar eyni ola bilməz. Srebrenitsa hadisələrini soyqırım adlandırsaq, Yəhudi Soyqırımına yeni bir ad tapılmalıdır. Srebrenitsada baş verənlər soyqırım, amma tarixdə bundan daha dəhşətli hadisələr olub”, – Prezident bildirmişdi.