17 May 2024
Xırdalanda ikimərtəbəli ev PARTLADI - VİDEO

Xırdalanda ikimərtəbəli ev PARTLADI - VİDEO

10 Dekabr 2022
Baxış: 403

Xırdalanda yaşayış evində partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, hadisə ötən gün sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın qeydə alınmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.