16 May 2024
XI sinif şagirdini öldürən şəxsin ADI AÇIQLANDI - ŞOK TƏFƏRRÜAT

XI sinif şagirdini öldürən şəxsin ADI AÇIQLANDI - ŞOK TƏFƏRRÜAT

23 Yanvar 2024
Baxış: 339

Gəncədə şagirdin məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı yeniyetmə saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat yayıb.

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Artıq hadisənin təfərrüatları da açıqlanıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov APA-ya bildirib ki, səhər saatlarında Gəncə şəhər 8 nömrəli tam orta məktəbin qabağında insident baş verib. Kənar şəxs məktəbə daxil ola bilmədikdə geri qayıdarkən məktənin şagirdi olan Rəhimov Raul Bəxtiyar oğlu ilə aralarında mübahisə yaranıb.

Onun sözlərinə görə, nəticədə həmin şəxs şagirdə bıçaq zərbəsi vurub:

“Hadisədən sonra dərhal təcili tibbi yardım çağırılaraq şagird xəstəxanaya çatdırılıb. Lakin şagirdin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisəni törədən şəxs əvvəllər məktəbin şagirdi olub. Lakin valideynin ərizəsi ilə şagird kontingentindən çıxarılıb. O, hazırda məktəbdə təhsil almır. Bizdə olan məlumata görə, hadisə məktəbin qarşısında olub”.