19 May 2024
Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatdı

Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatdı

18 Yanvar 2022
Baxış: 518

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrimetetorologiya Xidmətindən verilən məlumata görə, saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.