17 May 2024
“Xəzər TV”dən Elza Seyidcahanla bağlı AÇIQLAMA

“Xəzər TV”dən Elza Seyidcahanla bağlı AÇIQLAMA

14 İyul 2023
Baxış: 393

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın "Xəzər" Televiziyasında veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı "Xəzər” Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova "Facebook” hesabında paylaşım edib.

"Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə yanaşaraq qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində "Xəzər" Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma "Xəzər" Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”, - deyə Ü.Qasımova bildirib.