17 May 2024
Xəyyam Nisanov açıq havada xalq konserti verdi - FOTO/VİDEO

Xəyyam Nisanov açıq havada xalq konserti verdi - FOTO/VİDEO

27 İyul 2022
Baxış: 468

Heydər Əliyev Mərkəzinin parkında bu dəfə Xəyyam Nisanov rüzgarı əsib.

AJMEDİA.İNFO xəbər verir ki, "10 il sizinlə" şüarı ilə reallaşan xalq konsertində Əməkdar artist sevənləri sevilən mahnılarını canlı olaraq səsləndirib.

İfaçı məmnunluğunu bildirərək, bu tərz konsertlərin davamlı olmasını istəyib:

"Uzun zamandır konsert ab-havası üçün çox darıxmışdım. Gecəmiz mükəmməl keçdi, razı qaldım. Pərəstişkarlarımın mənimlə bir ağızdan oxuması sadəcə zövq verirdi.
Arzulayıram ki, silsilə konsertlər davam etsin. Məni izləməyə gələn bütün sevənlərimə yüksək enerji, sevgilərinə görə təşəkkür borcluyam. Belə gözəl konserti təşkil etdiklərinə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyi və bütün heyətə minnətdaram". Bizim.Media