17 May 2024
Xəqani Həsənov SAXLANILDI

Xəqani Həsənov SAXLANILDI

09 Noyabr 2023
Baxış: 759

Paytaxtda quldurluq hadisəsi baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, noyabrın 8-də saat 20 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində rayon sakininin 447 manatının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.


Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Xəqani Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.