18 May 2024
"Xəbərim yoxdur" -  Xalq artistindən kürəkəninin həbsi ilə bağlı AÇIQLAMA

"Xəbərim yoxdur" - Xalq artistindən kürəkəninin həbsi ilə bağlı AÇIQLAMA

24 Avqust 2021
Baxış: 781

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib.

AJMEDİA.İNFO xəbər verir ki, o, oğurluqda ittiham edilir. İddialara görə, Elnur Mövlanov qayınanasının qızıllarını oğurlayıb. Alim Qasımovun xanımının zərərçəkmiş kimi tanınması bu iddiaların əsassız olmadığını göstərir.

Alim Qasımov isə Qaynarinfo-ya belə bir olayın baş vermədiyini bildirib. “Harada gedir məhkəməsi? Xəbərim yoxdur, öyrənib deyərəm”, – deyə o əlavə edib.

Alim Qasımovun xəbəri təkzib etməsinə rəğmən onun da məhkəmə prosesində iştirak etdiyi iddia olunur.