21 May 2024
"Xarkovda gözəl qızlar var..." - Ramzan Kadırovdan İYRƏNC AÇIQLAMA

"Xarkovda gözəl qızlar var..." - Ramzan Kadırovdan İYRƏNC AÇIQLAMA

03 Mart 2022
Baxış: 1004

Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, ukraynalılar onu sevir, o da ukraynalıları.

AJMEDİA.İNFO “RİA Novosti”yə istinadən xəbər verir ki, Kadırov Ukrayna xalqının düşmənlərini sevmədiyini bildirib.

Çeçenistan rəhbəri qeyd edib ki, o, rusları və ukraynalıları həmişə bir xalq hesab edib. “Mən heç cür başa düşə bilmirəm ki, onlar slavyan xalqını necə bu cür parçalaya biliblər… Ruslar, ukraynalılar, belaruslar. Mən həmişə onların bir xalq olduğunu düşünürdüm… Nə üçün Zelenski belə gözəl dövləti, belə gözəl yerləri, belə gözəl qızları orada məhv etməyə icazə verir? Xüsusilə də Xarkovda. Heyifdir”, deyə o bildirib.