18 May 2024
Xarici jurnalist: “Ermənistan hakimiyyəti cinayətlərə görə beynəlxalq məhkəmədə cavab verməlidir”

Xarici jurnalist: “Ermənistan hakimiyyəti cinayətlərə görə beynəlxalq məhkəmədə cavab verməlidir”

28 Sentyabr 2021
Baxış: 416

“Azərbaycanda yaşayan günahsız insanların raketlərlə hədəfə alınaraq öldürülməsində Ermənistanın siyasi və hərbi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Bu addım beynəlxalq cinayətdir və Ermənistan hakimiyyəti törətdiyi cinayətə görə beynəlxalq məhkəmədə cavab verməlidir”.

Bu fikirlər Gəncə şəhərində səfərdə olan bir qrup ukraynalı media rəsmiləri, blogerlər və hərbi jurnalistlər tərəfindən səsləndirilib.

Səfər çərçivəsində media nümayəndələri Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raketlərlə hədəfə alınan yaşayış massivlərini ziyarət ediblər.

Qeyd edək ki, ukraynalı media nümayəndələrinin Ağdam rayonuna da səfər etməsi planlaşdırılır.