20 May 2024
Xanım nazir və əri milyonlarla dollar rüşvətə görə HƏBS EDİLDİLƏR

Xanım nazir və əri milyonlarla dollar rüşvətə görə HƏBS EDİLDİLƏR

02 Fevral 2022
Baxış: 360

Keçmiş nazir - Saratov vilayətinin İnformasiya Siyasəti Komitəsinin sədri Larisa Kuznetsova və onun əri Oleq Kozlov milyonlarla dollar rüşvət almaqda təqsirli biliniblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə lenta.ru-ya Saratov şəhərinin Oktyabrski rayon məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Məhkəmənin hökmü ilə Kuznetsova 10, Kozlov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bununla belə, məhkəmə qadına qızı 14 yaşı tamam olana qədər 10 illik güzəşt müddəti də verib. Keçmiş nazir xüsusilə külli miqdarda rüşvət almaqda, əri isə vasitəçilikdə ittiham olunub. Rüşvətlərin ümumi məbləği 11 milyon rubldan çoxdur. Məhkəmə həmçinin ər-arvadın hər birinə rüşvətin üç misli məbləğində cərimə kəsib.(milli.az)