05 May 2024
Xanım nazir İsrailli nazirlə görüşdüyü üçün işdən çıxarıldı

Xanım nazir İsrailli nazirlə görüşdüyü üçün işdən çıxarıldı

28 Avqust 2023
Baxış: 629

Liviya Milli Birlik Hökumətinin baş naziri Abdulhamid Dibeybe xarici işlər naziri Necla əl-Menquşun vəzifəsinin dayandırılması və barəsində istintaq başladılması ilə bağlı qərar verib.

AJMEDİA.İNFO "Anadolu"ya istinadən xəbər verir ki, qərarda Menquşla bağlı araşdırmanın Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya tərəfindən aparılacağı qeyd edilib.

Buna səbəb Menquşun İtaliyada İsrailin xarici işlər naziri Eli Kohenlə görüşməsi olub.

Qeyd edək ki, Liviya İsraili dövlət kimi tanımır və ölkələr arasında diplomatik münasibətlər mövcud deyil.