05 May 2024
Xamenei son hadisələrə münasibət bildirdi

Xamenei son hadisələrə münasibət bildirdi

03 Oktyabr 2021
Baxış: 512

Xamneyi: "İran və Azərbaycanın özləri mübahisəni həll etməlidir"

Azərbaycanla İran arasında yaranan mübahisəli məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir.

Azərforum Haqqin.az saytına istinadən xəbər verib ki, bunu İslam Respublikasının dini lideri və lideri Əli Xamneyi bildirib.

İSNA agentliyinin yaydığı məlumata görə, dini lider qeyd edib ki, "Ölkənin şimal-qərbindəki son vəziyyət, bölgədəki xarici qüvvələrin müdaxiləsi və hərbi iştirakı olmadan həll edilməlidir. Biz başqa qüvvələrin müdaxilə etməsinə icazə verməyəcəyik", - deyə Xamenei əlavə edib.

Xamneyinin bəyanatı Azərbaycanla İran arasında siyasi gərginliyin, eləcə də İran ordusunun Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının fonunda səslənib.