17 May 2024
"Xalqımı qarda-qışda soyuqda qoya bilmərəm" - Ərdoğandan KRİTİK RUSİYA  AÇIQLAMASI

"Xalqımı qarda-qışda soyuqda qoya bilmərəm" - Ərdoğandan KRİTİK RUSİYA AÇIQLAMASI

25 Mart 2022
Baxış: 484

“Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var. Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün 56 civarında humanitar yardım daşıyan yük maşını bölgəyə göndərmişik”, - dövlət başçısı bildirib.