17 May 2024
Xalq artistinin oğlu ƏSƏBİLƏŞDİ: “Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz?“

Xalq artistinin oğlu ƏSƏBİLƏŞDİ: “Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz?“

24 Fevral 2023
Baxış: 397

Məhrum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz hiddətlənib.

AJMEDİA.İNFO xəbər verir ki, atasını itirən aktyor bir müddət səhnədən uzaq olacağını desə də, sosial şəbəkələrdə bunun başqa cür yazıldığını bildirib:

“Demişəm ki, atamın 40 mərasiminə qədər efirlərdir, səhnədir, musiqidir - bu işləri dayandırıram, səhnəyə çıxmayacam! Amma yazırlar ki, Cavidan Novruz deyir, daha səhnəyə çıxmayacam! Niyə bu şəkildə hər şeyi iyrəncləşdirirsiniz? Bunu bu günlərdə niyə edirsiz ki?

Çox xahiş edirəm, mənimlə işiniz olmasın! İmkan verin, çəkilim bir kənara, dərdimi çəkim! Özümü toparlayım, çox xaiş edirəm…

Utanın! Mən çəkdiyimin 1 faizini sadəcə çəkin! Sizə sözüm bitdi! Bu qədər”. (Yenisabah.az)