17 May 2024
Xalq artisti Ramiz Novruzun oğlu həyat yoldaşından BOŞANIR

Xalq artisti Ramiz Novruzun oğlu həyat yoldaşından BOŞANIR

19 Dekabr 2023
Baxış: 393

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Nəriman Novruz vizajist həyat yoldaşı Əzizə Novruzdan boşanır.

AJMEDİA.İNFO bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı Nərimanın vizajist bacısı Şəfəq Novruz "İncə səhər" verilişinə müsahibəsində deyib.

Şəfəq bildirib ki, yaxın bir ay ərzində Nəriman və Əzizə rəsmi şəkildə boşanacaqlar:

Şəfəq Novruz: "Qardaşım Nəriman bir ay sonra arvadından boşanacaq" - VİDEO

"Bir ay ərzində soyadımızı da daşımayacaq. Ayrılıq məsələləri var. Biz danışıb hər şeyi aydınlaşdırdıq, doğma bağlar var, uğurlar arzu edirəm. İki övladı var, onlar da analarında qalacaqlar".

Qeyd edək ki, son günlər Şəfəq Novruz, onun qızı Ayan və Əzizə arasında qalmaqal pik həddə çatıb. Öncə dalaşıb, daha sonra barışdıqlarını açıqlayan tərəflərin mübahisəsinə Əzizənin anası qoşularaq, Şəfəqin söylədiyinə əsasən, ona böhtanlar atıb.

Bununla bağlı ötən gecə Şəfəq sosial şəbəkə hesabında videoaçıqlamalar yayaraq qarşı tərəfin ittihamlarına cavab verib.