18 May 2024
Xalq artisti Heydər Əliyevlə bağlı xatirəsini DANIŞDI: "Ona deyiblər ki, beynimə qan sızıb..." - VİDEO

Xalq artisti Heydər Əliyevlə bağlı xatirəsini DANIŞDI: "Ona deyiblər ki, beynimə qan sızıb..." - VİDEO

04 May 2023
Baxış: 297

Xalq artisti Ofeliya Sənani Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

AJMEDİA.İNFO xəbər verir ki, aparıcı bu haqda "ATV səhər"də bəhs edib.

O bildirib ki, bir vaxtlar beyninə qan sızıb və Heydər Əliyevin köməkliyi ilə sağalıb:

"Heydər Əliyevin AzTV ilə çox yaxşı münasibəti var idi. Hara gedirdi çəkib gətirirdilər, biz də efirdə oxuyurduq. Bütün verilişlərə baxıb, rəy deyirdi. Bir dəfə gecə veriliş gedirdi, düşündüm ki, buna kim baxacaq? Sən demə, Heydər Əliyev özü baxıb. Səhəri gördüm ki, pisəm. Valid (həyat yoldaşı, ssenarist Valid Sənani) məni evə gətirdi. Xəbərdarlıq etmək lazımdır ki, yoxam. Səhər sədrimizə zəng edib ki, bu nədir, qızı niyə çıxartmısan? Cavab veriblər ki, qızın beyninə qan sızıb, xəstəxanadadır. Nə danışa, nə dura, nə yeriyə bilir. Deyib ki, iki dərman adı deyəcəcəyəm, elə xəstələri ayıldır və yeriməyə başlayır. Xəstəxanada da bütün baş həkimlərə tapşırmışdı ki, qızdan muğayət olun. Bir gün işə gəldim ki, böyük gül dəstəsi. Dedilər ki, Heydər Əliyev göndərib. Verilişə baxıb, sonra gülü göndərib. Ümumiyyətlə, mənə, Roza Tağıyevaya xüsusi hörməti var idi. Hər dəfə gələndə çağırırdı ki, qızlarım yanımda olsun".(axşam.az)