18 May 2024
Xaçatryan məhkəmədə AĞLADI - VİDEO/FOTOLAR

Xaçatryan məhkəmədə AĞLADI - VİDEO/FOTOLAR

13 Oktyabr 2023
Baxış: 486

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.

AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib.

Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir.

Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.