19 May 2024
"Whatsapp"dan kontaktlarla bağlı çoxdan gözlənilən YENİLİK

"Whatsapp"dan kontaktlarla bağlı çoxdan gözlənilən YENİLİK

01 Aprel 2024
Baxış: 298

"WhatsApp" istifadəçiləri üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, yeni funksiya aktivləşdikdən sonra proqram istifadəçinin yeni kontaktlarını müəyyən edəcək və onlarla yeni söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

Bildirilir ki, messencerin çatlar hissəsində yeni bölmə yaradılacaq. Bu bölmədə söhbətə başlamaq üçün yeni kontaktlar göstəriləcək. Funksiyanın aktiv və ya deaktiv edilməsi isə istifadəçinin öz seçimi olacaq.

Yeni özəlliyin yaxın zamanda aktivləşəcəyi gözlənilir.