Könül Kərimovanın oğlunun qızla səmimi görüntüləri yayıldı -...
31 dəqiqə əvvəlVolodimir Zelenski İlham Əliyevi Ukraynaya səfərə dəvət etdi
15 Dekabr 2021
Baxış: 665
“İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.
“Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik”, - o vurğulayıb.