20 May 2024
Vilayət Eyvazovdan mayor Quliyevlə bağlı ƏMR

Vilayət Eyvazovdan mayor Quliyevlə bağlı ƏMR

04 Oktyabr 2023
Baxış: 646

Naftalan şəhər Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə yeni rəis təyin olunub.

AJMEDİA.İNFO report-a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru Quliyev Yunis Salman oğlu tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Yunis Quliyev Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.