14 May 2024
Vilayət Eyvazov tanınmış idmançıya vəzifə verdi - FOTO

Vilayət Eyvazov tanınmış idmançıya vəzifə verdi - FOTO

08 May 2023
Baxış: 296

Daxili işlər orqanlarında yeni təyinat olub.

AJMEDİA.İNFO xəbər verir ki, Lent.az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, MMA üzrə iki dəfə ölkə çempionu olmuş, dünya kubobunun qalibi və Avropa çempionu Hüseyn Bastanov polis sıralarına qəbul edilib.

O, Suraxanı rayon polis idarəsinin kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə inspektoru təyin edilib.