17 May 2024
Vilayət Eyvazov sabiq DYP rəisinə YENİ VƏZİFƏ VERDİ - FOTO

Vilayət Eyvazov sabiq DYP rəisinə YENİ VƏZİFƏ VERDİ - FOTO

24 Noyabr 2021
Baxış: 538

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis mayoru Məmmədov İkram Əlibaba oğlu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinata qədər Masallı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə çalışıb.