06 May 2024
Vilayət Eyvazov polkovnik Quliyevi Kəlbəcərə TƏYİN ETDİ

Vilayət Eyvazov polkovnik Quliyevi Kəlbəcərə TƏYİN ETDİ

29 Sentyabr 2021
Baxış: 635

Kəlbəcər Rayon Polis Şöbəsinə müavin təyin olunub.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Kəlbəcər RPŞ-nin xidmət üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki E.Quliyev 90-cı illərin Qarabağ döyüşlərinin iştirakçısıdır.