06 May 2024
Vilayət Eyvazov məşhur polkovniki DYP rəisi TƏYİN ETDİ

Vilayət Eyvazov məşhur polkovniki DYP rəisi TƏYİN ETDİ

07 Yanvar 2022
Baxış: 651

Polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Rafiq Məmmədov uzun illərdir polis orqanlarında çalışır. O, Gəncə, Xəzər və Suraxanı DYP şöbələrinin rəisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Qaradağ DYP-nin rəisi, polis mayoru Vüqar Orucov bir neçə gün bundan əvvəl vəzifəsindən azad olunaraq Tovuz rayon 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin (MERO) rəisi təyin edilib.