06 May 2024
Vilayət Eyvazov İbrahimovu BU NÖQSANINA görə VƏZİFƏDƏN AZAD ETDİ

Vilayət Eyvazov İbrahimovu BU NÖQSANINA görə VƏZİFƏDƏN AZAD ETDİ

27 Aprel 2022
Baxış: 833

Polis polkovniki işdən çıxarılıb.

AJMEDİA.İNFO-nun Lent.az-a istinadən xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.
V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı.