18 May 2024
Vilayət Eyvazov generalın oğlunu vəzifədən AZAD ETDİ - FOTO

Vilayət Eyvazov generalın oğlunu vəzifədən AZAD ETDİ - FOTO

21 Yanvar 2022
Baxış: 468

Daxili işlər naziri, general-polkovik Vilayət Eyvazov bölmə rəisini vəzifəsindən azad edib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Urxan Şirinov işdən çıxarılıb.

U.Şirinov sərəncama götürülüb.

Qeyd edək ki, Urxan Şirinov sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qaynı Nüsrət Şirinovun oğludur.

Polis general-mayoru Nüsrət Şirinov isə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisidir. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.

Fotoda: Nüsrət Şirinov