18 May 2024
Vilayət Eyvazov DYP rəisini VƏZİFƏDƏN AZAD ETDİ

Vilayət Eyvazov DYP rəisini VƏZİFƏDƏN AZAD ETDİ

25 Noyabr 2023
Baxış: 604

Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Nurlan Qafarov vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu barədə müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəisi, mayor Razi Hüseynov vəzifəsindən azad edilərək, Lerik DYP-yə rəis təyin olunub.

Qeyd edək ki, Razi Hüseynov 2019-cu ildə Ağdaş rayon Polis Şöbəsinin yol polisi bölməsinin baş inspektoru vəzifəsindən azad olunaraq, Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəis təyin olunmuşdu.