18 May 2024
Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI

Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə İŞDƏN ÇIXARDI

28 Yanvar 2022
Baxış: 422

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov sərəncama götürülüb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.