18 May 2024
Vilayət Eyvazov: "2020-ci illə müqayisədə ötən il qəsdən adam öldürmələr 13 faiz azalıb"

Vilayət Eyvazov: "2020-ci illə müqayisədə ötən il qəsdən adam öldürmələr 13 faiz azalıb"

18 Yanvar 2022
Baxış: 520

2020-ci illə müqayisədə 2021-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 4,3, o cümlədən qəsdən adam öldürmələr 13, adam öldürməyə cəhdlər 16,7 faiz azalıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, qəsdən sağlamlığa az ağır zərər vurmalar 2,7, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 21,4, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər 31, oğurluqlar 3,3, onlardan mənzillərdən edilənlər 14, soyğunçuluqlar 26 faiz azalıb.