18 May 2024
Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO

Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO

22 Sentyabr 2021
Baxış: 612

Vətən müharibəsində şəhid olan Səməd Hüseynzadənin atası Sətdar Hüseynzadə vəfat edib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Səməd Hüseynzadə 1998-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub.

2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “İgidiyə görə” və Ağdam, Xocavənd və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.