19 May 2024
“Versus Battle”ın yaradıcısı Qarabağla bağlı sözlərinə görə azərbaycanlılardan üzr istədi - FOTO/VİDEO

“Versus Battle”ın yaradıcısı Qarabağla bağlı sözlərinə görə azərbaycanlılardan üzr istədi - FOTO/VİDEO

12 Yanvar 2022
Baxış: 448

“Versus Battle” rep duelləri meydançasının yaradıcısı, “Restorator” kimi tanınan Aleksandr Timartsev Qarabağ haqqındakı ifadələrinə görə azərbaycanlılardan üzr istəyib.

AJMEDİA.İNFO xəbər verir ki,Bu mövzuda video onun “Instagram” səhifəsinin hekayə bölməsində paylaşılıb.

“Bütün Azərbaycan sakinlərindən dərindən üzr istəyirəm. Sevgi və hörmət müstəsnadır, uşaqlar. Həmin videoya gəlncə, çox sərxoş idim, nə dediyimi xatırlamıram. Mən sizi çox sevirəm, bu hərəkətim üçün məni bağışlayın. Bunu niyə dediyimi ümumiyyətlə bilmirəm. Azərbaycan, sizə ən böyük sevgilərimi çatdırıram. Mən bir daha üzr istəyirəm”, – deyə Restorator bildirib.

O, həmçinin paylaşımında Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.

Qeyd edək ki, söhbət bu yaxınlarda “TikTok” və bir sıra “Telegram” kanallarında yayımlanan 2020-ci ildə çəkilmiş videodan gedir. Timartsev orada Azərbaycan sakinlərinə diz çökərək Qarabağı ermənilərə verməyi təklif edir.

Teqlər: Qarabağ