21 May 2024
Vaşinqtonun hava məkanını pozan təyyarəyə görə qırıcılar səmaya qaldırılıb

Vaşinqtonun hava məkanını pozan təyyarəyə görə qırıcılar səmaya qaldırılıb

05 İyun 2023
Baxış: 441

Amerika hökuməti döyüş təyyarələrini Amerika paytaxtı Vaşinqton şəhərinin hava məkanını pozan və qonşu Virciniya ştatında qəzaya uğrayan "Cessna Citation" biznes təyyarəsi səbəbindən havaya qaldırıb.

Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təyyarə avtopilotda olub və hakimiyyətin xəbərdarlıqlarına, pilotla əlaqə yaratmaq cəhdlərinə cavab verməyib.

Vurğulanıb ki, qırıcıların hərəkətləri biznes təyyarəsinin qəzaya uğramasına səbəb olmayıb.

Təxminən eyni vaxtda Vaşinqton və ətraf ərazilərin bəzi sakinləri yüksək səs partlayışı eşidiblər. Merilend ştatının Annapolis bölgəsinin polis şöbəsi açıqlama yayaraq partlayış ehtimalı yaradan güclü səsin reaktiv təyyarənin səs həddini aşan bir məşq nəticəsində yarandığını bildirib.

Teqlər: