17 May 2024
Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət

02 Fevral 2022
Baxış: 339

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 866 vaksin vurulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 062, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, “buster” doza üzrə isə 32 392 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 12 075 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 236 758, ikinci mərhələ üzrə 4 745 006 nəfər təşkil edir. Ümumilikdə isə 2 094 231 “buster” doza vurulub.