18 May 2024
ÜST koronavirusun sürətlə yayıldığını bildirib

ÜST koronavirusun sürətlə yayıldığını bildirib

30 İyun 2020
Baxış: 423

Bəzi dövlətlərdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyasının dünyada yayılması sürətlənir.

AJM xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşiblər. Əksər insanlarda virusa həssaslıq qalmaqdadır. Onun geriyə qayıtması üçün hələ də ehtimallar var. Acı reallıq ondan ibarətdir ki, vəziyyət hələ də tənzimlənməyib”, - deyə təşkilat rəhbəri bildirib.

Teqlər: ÜST