18 May 2024
ÜST-dən koronavirusun gələcəyi barədə AÇIQLAMA

ÜST-dən koronavirusun gələcəyi barədə AÇIQLAMA

13 Yanvar 2022
Baxış: 651

Koronavirus SARS-CoV-2 tədricən endemik hala gəlir.

AJMEDİA.İNFO xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar şöbəsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove bu barədə məlumat verib.

Qeyd edək ki, endemik xəstəlik hər hansı bir regionda yayılmış xəstəlikdir.

“Bu virus endemik olmağa doğru gedir. Bu, hətta mübahisə mövzusu belə deyil. Amma indi biz bu pandemiyanın ortasındayıq və xəstəliyin yayılma səviyyəsi, intensivliyi, eləcə də yeni infeksiyaların əsas tibbi xidmətlərə, xəstəxanaya yerləşdirilmə nisbətlərinə təsir səviyyəsi çox əhəmiyyətlidir...Yəni virus endemik olma yolundadır”, - deyə ekspert əlavə edib.