17 May 2024
ÜST: Avropada koronavirusdan ölüm halları artdı

ÜST: Avropada koronavirusdan ölüm halları artdı

10 Noyabr 2021
Baxış: 550

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 1-dən 7-dək olan həftə ərzində Avropa regionunda COVID-19-dan ölüm hallarının on faiz artdığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, ÜST ekspertləri qeyd ediblər ki, Avropa ölümlərin sayında artım olan altı regiondan birincisidir. Noyabrın ilk yeddi gününün nəticələrinə görə, ölüm hallarının 55%-i (26 726 ölüm) Avropa ölkələrinin payına düşür.

Bundan əlavə, bildirilib ki, bölgədə koronavirus infeksiyasına yoluxma halları da artıb.

Bölgədə 1 949 419 yeni yoluxma halı qeydə alınıb ki, bu da qlobal yoluxma sayının 63 faizini təşkil edir. Avropadan başqa yalnız Afrikada yoluxma artıb.

ÜST-ün məlumatına görə, xəstə avropalıların böyük əksəriyyəti SARS-CoV-2-nin “delta” ştammına yoluxub.