18 May 2024
"Uşaqlar vasitəsilə salfetin içində narkotik verilir" xəbərini yayan şəxs SAXLANILDI - VİDEO

"Uşaqlar vasitəsilə salfetin içində narkotik verilir" xəbərini yayan şəxs SAXLANILDI - VİDEO

10 Fevral 2022
Baxış: 1415

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı iddialar yayılmışdı.

DİN-in Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya bildirilib ki, həmin məlumatları yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, DİN məsələni araşdırdıqdan sonra salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması barədə açıqlama yaymışdı.