17 May 2024
"Ünvanlı sosial yardımları daim vermək olmaz, ələbaxan olurlar" - Siyavuş Novruzov

"Ünvanlı sosial yardımları daim vermək olmaz, ələbaxan olurlar" - Siyavuş Novruzov

06 Noyabr 2023
Baxış: 458

Ünvanlı sosial yardımları daim vermək olmaz. 1 il verilir, sonra gərək həmin adamlar işləsin.

AJMEDİA.İNFO Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.


Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik: “Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.