19 May 2024
“Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstrov Azərbaycan xalqını Novruz bayramı münasibətiylə təbrik edib

“Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri, “Magen David Azərbaycan”nın direktoru David Seliverstrov Azərbaycan xalqını Novruz bayramı münasibətiylə təbrik edib

19 Mart 2024
Baxış: 615

Əziz xalqımız,

.
Sizi xalqımızın ən sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar diləyirəm.

Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur. Ulularımızdan bizə əvəzsiz yadigarı kimi yaz bayramının gəlişi qərinələrdir ki, xüsusi mərasimlərlə qarşılanır, təntənəli şənliklər və məclislərlə qeyd olunur.

Milli varlığımızı və ulu babalarımızın mənən zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub saxlanılır. Bu Novruz bayramı ölkəmizin hər bir bölgəsində böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Novruz bayramı, sözün əsl mənasında, ümumxalq bayramıdır.

Bu gün zəfərini qeyd edən Azərbaycan xalqı, torpaqlarının müdafiəsində dayanan əsgərlərimizi və canlarını fəda edən şəhidlərimizi unutmur, onların ailələri ilə birlikdə bayramı qeyd edir.
Bu əziz bayramda Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyirəm.

Azərbaycanın sərhədlərindən uzaqlarda yaşayan soydaşlarımız da bayramını bizimlə birlikdə böyük sevinclə qarşılayırlar. Dünya azərbaycanlılarının milli həmrəyliyinin rəmzinə çevrilən bu bayram hər gəlişi ilə onların Ana Vətənə bağlılıq duyğularını daha da gücləndirir.

.

Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm.
Novruz bayramınız mübarək olsun!

.

.

“Ümumİsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin” rəhbəri

“Magen David Azərbaycan”nın direktoru

David Seliverstov