19 May 2024
Ukraynaya 40 mlrd dollarlıq yardım - ABŞ Konqresi paketi təsdiqlədi

Ukraynaya 40 mlrd dollarlıq yardım - ABŞ Konqresi paketi təsdiqlədi

11 May 2022
Baxış: 392

ABŞ Konqresinin Nümayəndələr palatası Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib.

AJMEDİA.İNFO "Reuters"ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasında Ukrayna xərcləri haqqında qanun layihəsinin lehinə 368, əleyhinə 57 səs verilib.

Qeyd edək ki, ötən həftə ABŞ prezidenti Co Bayden Kiyevə əlavə maliyyə yardımı üçün Konqresə müraciət edib.

O, Ukraynaya 33 milyard dollar vəsait ayırmağa çağırıb.

Lakin Konqres üzvləri bu məbləği 39,8 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bizim.Media