18 May 2024
“Ukraynanın PUA-lardan istifadə etməsindən narahatıq” - XİN

“Ukraynanın PUA-lardan istifadə etməsindən narahatıq” - XİN

31 Oktyabr 2021
Baxış: 483

"Minsk razılaşması ilə qadağan olunmuş ağır silahlardan, xüsusən də Ukrayna ordusunun sərəncamında olan "Bayraqdar” PUA-ların istifadəsindən narahatıq”.

AJMEDIA.İNFO xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü deyib.

O, həmçinin bildirib ki, sözügedən ağırsilahlardan istifadə 27 iyul 2020-ci ildə qüvvəyə minmiş atəşkəsə ziddir.

Qeyd edək ki, Ukrayna ordusu 26 oktyabrda Donbasda ilk dəfə "Bayraqdar”dan istifadə edərək, düşmən mövqelərini məhv etmişdi.