17 May 2024
Ukraynalı xain deputat hakim partiyada QOVULDU - Rusiyaya İŞLƏYİRMİŞ

Ukraynalı xain deputat hakim partiyada QOVULDU - Rusiyaya İŞLƏYİRMİŞ

28 Aprel 2022
Baxış: 539

Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyası vətənə xəyanətdə şübhəli bilinən deputat Aleksey Kovalyovun fraksiya üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Xalqın Xidmətçisi Partiyasından məlumat verilib.

“Xalqın Xidmətçisi Partiyası və partiyanın Ukrayna Ali Radasındakı fraksiyası Aleksey Kovalevin fraksiyadakı üzvlüyünün dayandırılması ilə bağlı birgə qərar qəbul edib və Kovalyovun müvəqqəti işğal olunmuş ərazidə olması və işğalçı qüvvələrlə əlaqəsi ilə bağlı bütün faktların və halların hərtərəfli araşdırılması və müvafiq cinayət işinin başlanması üçün Ukrayna Baş prokuroruna, Ukrayna Təhlükəsizlik Xidmətinə müraciət ünvanlanıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, Kovalyov hazırda könüllü olaraq Ukraynanın nəzarət etmədiyi ərazidədir, eləcə də Ali Radanın iclaslarına gəlmir, səsvermələrdə iştirak etmir.