20 May 2024
Ukraynalı komandirdən Belarusa çağırış: "Rusiya daxilindəki vəziyyətdən istifadə etməliyik"

Ukraynalı komandirdən Belarusa çağırış: "Rusiya daxilindəki vəziyyətdən istifadə etməliyik"

24 İyun 2023
Baxış: 521

Ukrayna ordusunun 1-ci desant-hücum bölüyünün komandiri Valeri Saxaşçik Belarusa müraciət edib.

Rusiya daxilindəki vəziyyətdən istifadə etməyə çağırıb.

"Əks təqdirdə hər şeyi itirəcəyik. Güvənə biləcəyimiz kimsə yoxdur. Biz ancaq birlikdə qalib gələ bilərik", - V.Saxaşçik söyləyib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Teqlər: