16 May 2024
Ukraynada “Omikron” ştammı ilə ilk yoluxma halı təsdiqləndi

Ukraynada “Omikron” ştammı ilə ilk yoluxma halı təsdiqləndi

18 Dekabr 2021
Baxış: 591

Ukraynada “Omikron” ştammı ilə ilk yoluxma halı təsdiqlənib. Bu barədə ölkənin səhiyyə naziri Viktor Lyaşko “Facebook” səhifəsində məlumat verib.

“Koronavirusun bu ştammına yoluxmuş şəxs Birləşmiş Ərəb Əmirliyindən qayıdıb. Xəstənin müalicəsi davam etdirilir. Hazırda hadisə ilə bağlı epidemioloji araşdırma aparılır və təmasda olan şəxslərin əlavə müayinəsi aparılır”, - o, yazıb.

Lyaşko ukraynalıları peyvənd etməyə və bu ştammın yayıldığı ölkələrə səyahət etməməyə çağırıb.