17 May 2024
Ukraynada həkim çatışmazlığı pandemiya şəraitində vəziyyəti mürəkkəbləşdirir

Ukraynada həkim çatışmazlığı pandemiya şəraitində vəziyyəti mürəkkəbləşdirir

10 İyun 2020
Baxış: 420

Koronavirus pandemiyası şəraitində Ukraynada həkim çatışmazlığı müşahidə edilir. Xüsusən epidemioloq çatışmazlığı 48 faiz, həkim-laborantların, həkim-gigiyenistlərin çatışmazlığı 51 faiz, virusoloqların çatışmazlığı isə 41 faiz təşkil edir.

AJM xəbər verir ki, Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bu rəqəmləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, koronavirus xəstəliyi ilə qarşılaşan Ukrayna hökuməti başa düşüb ki, vəziyyəti dərhal düzəltmək lazımdır. Hökumətin işləyib hazırladığı bir neçə mexanizmə müvafiq olaraq, ölkədə COVID-19-la bağlı vəziyyət sabitləşməli, xüsusən də həkimlər Ukraynanın hazırda ehtiyac duyduğu sahələr üzrə ixtisaslaşmalıdırlar.

Nazirin sözlərinə görə, bu vəziyyət son illər belə mütəxəssislərin hazırlığına lazımi diqqətin göstərilməməsi ilə bağlıdır.

Qeyd edək ki, Ukraynada koronavirusa yoluxması laboratoriya şəraitində təsdiqlənən 28381 hal müşahidə olunub. Son sutka ərzində 525 yoluxma halı qeydə alınıb. Bu xəstəlikdən sağalananların sayı 12769-a, ölənlərin sayı isə 833 nəfərə çatıb.

Teqlər: Ukrayna